Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Noyabr 2020 17:27
Mən əminəm ki, Azərbaycanda dini tolerantlıq səviyyəsi Fransada və digər Qərb ölkələrində olduğundan daha yüksəkdir.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu ISESCO-nun sabiq baş direktoru Əbdüləziz Osman əl-Tüveycri öz "Twitter" səhifəsində yazıb.
O, müxtəlif tədbirlərdə iştirak etmək üçün dəfələrlə Azərbaycanda olduğunu və müxtəlif dini konfessiyaların nümayəndələri ilə dəfələrlə görüşdüyünü yazıb:
"Ermənilər Qarabağda məscidləri vəhşicəsinə dağıdarkən və tövləyə çevirərkən Fransa və digər ölkələr susurdu. Bu gün isə Azərbaycanın mədəni dəyərlərinin dağıdılmasına susan ölkələr ondan xristian tarixi dəyərlərinə hörmət etməyi tələb edir".