Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Noyabr 2020 22:08
Bakı. Trend:
Ermənistanda hərbi hissənin ərazisi xaricində müqavilə ilə xidmət edən Rusiya hərbçisinin meyiti tapılıb.
Trend-in məlumatına görə, bu barədə "TASS"a Cənub Hərbi Dairənin mətbuat xidmətindən bildiriblər.
Bildirilib ki, Rusiya Cənub Hərbi Dairənin hərbi bazasının komandanlıq komissiyası Ermənistandakı hüquq-mühafizə orqanları ilə birlikdə müqavilə ilə xidmət edən hərbi qulluqçunun ölümü ilə bağlı araşdırma aparır: "Hərbçinin cəsədi xidmət yoldaşı tərəfindən hərbi hissənin ərazisi xaricində, yaşayış yerində aşkarlanıb. Əsgərin cəsədində zorakılıq əlamətləri tapılmayıb".
Qeyd edilir ki, hazırda hadisənin başvermə şəraiti müəyyən edilir.