Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dünya Bankı koronavirusla mübarizə üçün Ukraynaya 100 milyon dollar ayıracaq

Dünya Bankı koronavirusla mübarizə üçün Ukraynaya 100 milyon dollar ayıracaq

Tarix: 27 Noyabr 2020 03:24

Bakı. Trend:

Dünya Bankı və Ukraynanın Səhiyyə Nazirliyi yeni növ koronavirusa qarşı (COVID-19) peyvəndlərin və xəstəxanalar üçün avadanlıqların alınması üçün 100 milyon dollar məbləğində birgə layihə hazırlayırlar.

Trend-in məlumatına görə, bu barədə Ukraynanın səhiyyə nazirinin müavini Svetlana Şatalova brifinqdə deyib.

S.Şatalova bildirib: "Səhiyyə Nazirliyi Dünya Bankı ilə birlikdə təxminən 100 milyon dollar dəyərində layihəyə başlayır. Biz bütün sənədlərin üzərində işləyirik. İlk növbədə, bu vəsaitlər COVID-19-a qarşı peyvəndlərin, habelə tibb müəssisələri üçün diaqnostika və laboratoriya avadanlıqlarının alınmasına sərf ediləcək".

Qeyd edək ki, ötən sutka Ukraynada koronavirusa rekord sayda - 15 331 yoluxma halı qeydə alınıb.


Etiketlər:  Dünya Bankı koronavirusla mübarizə üçün Ukraynaya milyon dollar ayıracaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ