Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Sağlam məktəbli” layihəsi çərçivəsində növbəti maarifləndirmə tədbirləri Lerik və Naftalanda keçirilib (FOTO)

“Sağlam məktəbli” layihəsi çərçivəsində növbəti maarifləndirmə tədbirləri Lerik və Naftalanda keçirilib (FOTO)

Tarix: 25 Aprel 2019 11:00

Bakı. Trend:

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “Sağlam məktəbli” layihəsi çərçivəsində Bakı şəhəri və regionlarda ümumtəhsil məktəblərdə maarifləndirmə tədbirlərini davam etdirir.

AQTA-dan Trend-ə verilən məlumata görə, növbəti görüşlər Lerik rayonu 1 nömrəli texniki-təmayüllü məktəb-lisey və Naftalan şəhəri Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin şagirdləri ilə keçirilib.

Tədbirdə şagirdlərə layihə haqqında ətraflı məlumat verilib, onlara Agentliyin hazırladığı videoçarxlar təqdim edilib. Daha sonra Agentliyin regional bölmələrinin əməkdaşları tərəfindən məktəblilərə qida təhlükəsizliyinə dair ilkin vərdişlər, qablaşdırma məhsullarının qidaya təsiri, energetik içkilərin insan orqanizminə zərərləri, qida məhsullarında etiket məlumatları, fast food-un zərərləri, süd və süd məhsullarının faydaları barədə ətraflı məlumat verilib.

Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb. AQTA tərəfindən həyata keçirilən “Təhlükəsiz qida uşaqların gözü ilə” adlı rəsm müsabiqəsi haqqında ətraflı məlumat verilib və onların müsabiqəyə qatılmaları tövsiyə olunub.

Qeyd edək ki, “Sağlam məktəbli” layihəsinin həyata keçirilməsində əsas məqsəd məktəblilər arasında sağlam qidalanmanın təşviqi, qida təhlükəsizliyi anlayışının təbliğ edilməsi və şagirdlərə qida təhlükəsizliyi vərdişlərinin aşılanmasıdır. Layihənin cari ilin sonunadək Bakı şəhərində 20, regionlarda isə ümumilikdə 60-dan çox məktəbdə keçirilməsi planlaşdırılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Sağlam məktəbli layihəsi çərçivəsində növbəti maarifləndirmə tədbirləri Lerik Naftalanda keçirilib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ