Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Noyabr 2020 16:24
Bakı. Trend:
Yerevanda Qarabağda hərbi xidmətdə olan əsgərlərin anaları Müdafiə Nazirliyinin qarşısında etiraz aksiyası keçirib.
Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, etirazçılar övladlarının Ermənistan qaytarılmasını tələb edirlər.
Valideynlərdən biri qeyd edib ki, Laçın dekabrı 1-i Azərbaycana veriləcəyi üçün noyabrın 30-dək Qarabağdakı əsgərlər geri qaytarılmalıdır.
Əsgər anaları etiraz aksiyalarını digər hökumət binalarının qarşısında keçirəcəklərini bildiriblər.