Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Noyabr 2020 17:57
Noyabrın 27-də Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleya Şurasının iclası və MDB iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyasının 51-ci plenar iclası keçirilib.
Milli Məclisdən Sonxeber.net-a bildirilib ki, videokonfrans formatında keçirilən tədbirə Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya Federasiyası, Tacikistan, Özbəkistan nümayəndə heyətləri və bir sıra beynəlxalq təşkilatların təmsilçiləri qatılıblar.
İclasda Milli Məclisin Sədri, MDB PA-da nümayəndə heyətimizin rəhbəri Sahibə Qafarova iştirak edib.
İclasda təşkilatı məsələyə baxılıb, Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının Sədri Valentina Matviyenko yenidən MDB PA Şurasının Sədri seçilib.
Sonra iclasda COVID-19 pandemiyası ilə əlaqədar MDB iştirakçısı olan dövlətlərdə qanunvericilik sahəsində görülmüş tədbirlər, Avrasiya məkanında iqtisadi inteqrasiyanın vəziyyəti, perspektivləri və onun normativ-hüquqi təminatı, 2021-ci ildə MDB ölkələrinin dövlət orqanlarına keçiriləcək seçkilərin müşahidəsinə hazırlıq, MDB PA-nın AŞPA ilə əməkdaşlığının istiqamətləri, MDB PA-nın 2021-ci il üçün fəaliyyət planı, bir sıra təşkilati və maliyyə məsələləri müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.