Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Noyabr 2020 20:48
"Türkiyə əsgərlərinin Qarabağa gəlməsi üçün hazırlıqlar davam etdirilir. Ən qısa zamanda əsgərlərimiz Qarabağda olacaqlar".
Sonxeber.net modern.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Böyük Millət Məclisinin deputatı Şamil Ayrım deyib. Onun sözlərinə görə, Azərbaycan cəmiyyətinin bu barədə narahatlığına heç bir əsas yoxdur:
"Türk əsgərinin Qarabağa gəlməməsi üçün ən xırda problem belə yoxdur. Hazırlıqlar görülüb. Ən qısa zamanda əsgərlərimiz Qarabağa gələcəklər. Fransa kimi ölkələrin və Avropanın bununla bağlı bütün narahatlıqlarına isə aydınlıq gətirilib. Heç bir əngəl yoxdur".