Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

EMEA regionunda kompüter bazarının həcmi 13% artacaq

EMEA regionunda kompüter bazarının həcmi 13% artacaq

Tarix: 28 Noyabr 2020 09:45

Cari ilin nəticəsinə görə, EMEA regionunda kompüterlər bazarının həcmi təxminən 13% artacaq. “COVID-19” pandemiyasına görə daha çox insan evdən işləməyə və təhsil almağa məcbur olub.

 

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, “International Data Corporation” (IDC) analitiklərinin proqnozuna görə, 2020-ci ildə Avropa, Yaxın Şərq və Afrika ölkələrinə 82,1 milyon masaüstü, noutbuk və işçi stansiya tədarük ediləcək ki, bu da ötən illə müqayisədə 12,7% daha çoxdur. Belə avadanlıqlara tələbat 2021-ci ilin birinci yarısında yüksək olaraq qalacaq.

 

"Şirkətləri qeyri-müəyyən müddətə distant iş rejiminə keçməyə vadar edən pandemiyanın ikinci dalğası stasionar qurğuların satışına təzyiq göstərməyə davam edəcək – “IDC Western Europe Personal Computing”in böyük analitiki Liam Hall deyib. Evdən işləmək üçün lazım olan mobil avadanlığa tələbat bir çox əsas bazarlarda təhsil sektorunda davam edən tenderlərlə daha güclü dəstəklənəcək".

 

Emil Hüseynov




Etiketlər:  EMEA regionunda kompüter bazarının həcmi artacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ