Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Noyabr 2020 10:06
Prezidentin köməkçisi Hikmət Hacıyev, diplomatik korpus nümayəndələri, beynəlxalq təşkilat rəhbərləri və "Qarabağ" futbol komandası ilə birgə Ağdama səfər edir.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün "Twitter" hesabında qeyd edib.
Hikmət Hacıyev bildirib: "Prezident İlham Əliyevin tapşırığına əsasən, diplomatik korpusları, beynəlxalq təşkilat rəhbərlərini Tərtərə və işğaldan azad olunan Ağdama aparırıq. Tərtərdə Ermənistanın ağır bombardmanının nəticələrini görəcəyik. Dağıdılmış ruhlar şəhəri Ağdam soyqrım nümunəsidir. Didərgin "Qarabağ" futbol klubu da bizimlədir".