Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Noyabr 2020 11:42
Suraxanı rayonunda geniş infrastruktur layihələri həyata keçirilir ki, bu da əhalinin sosial-məişət şəraitinin getdikcə daha da yaxşılaşdırılmasına səbəb olur.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, rayonun qəsəbələrində kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsi istiqamətində işlər davam etdirilir. Hövsan qəsəbəsində uzun illərdir salınmış Südçülük sovxozu adlandırılan yaşayış sahəsində qaz təchizatı şəbəkəsinin olmaması sakinlərin ciddi probleminə çevrilib. Mavi yanacaqla təminat probleminin aradan qaldırılması məqsədilə hazırda yaşayış sahəsində 5000 abonentin istifadəsi üçün nəzərdə tutulan yeni qaz xətlərinin çəkilişi işlərinə başlanılıb.
Südçülük sovxozu adlandırılan yaşayış sahəsinin qazlaşdırılması, həmçinin qış mövsümünün başlanması ilə əlaqədar istilik probleminin də aradan qaldırılmasına xidmət edəcək.