Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Noyabr 2020 14:40
Bakı. Elnur Bağışov - Trend:
İranın nüvə alimi Möhsün Fəxrizadəyə sui-qəsd uzaqdan xüsusi texnologiya ilə həyata keçirilib, yəni qətl yerində heç bir cinayətkar olmayıb.
Trend-in məlumatına görə, bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani iranlı alimin dəfn mərasimi zamanı jurnalistlərə açıqlamasında deyib.
Ə.Şəmxani əlavə edib ki, buna baxmayaraq, sui-qəsd planları ilə əlaqədar bir sıra ipucuları var.
İranlı rəsmi hadisədə “Xalq Mücahidləri” qruplaşmasının əlinin olduğunu bildirib.
Qeyd edək ki, 27 noyabrda İranın Tehran vilayətinin Absərd şəhərində İranın Müdafiə Nazirliyinin Araşdırma və İnnovasiya Mərkəzinin direktoru, nüvə alimi Möhsün Fəxrizadəyə sui-qəsd olunub. Sui-qəsd nəticəsində ağır yaralanan iranlı alim xəstəxanada ölüb.