Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Noyabr 2020 16:14
İngiltərənin "Mançester Yunayted" klubunun hücumçusu Edinson Kavani haqda araşdırmaya başlanılıb.
Sonxeber.net apasport.az-a istinadla bildirir ki, buna uruqvaylı futbolçunun irqçi ifadə işlətməsi səbəb olub.
Premyer Liqanın X turunda 2 qol, 1 assistlə "Sauthempton" üzərində əzmkar qələbənin (3:2) memarı olan forvard qarşılaşmadan sonra instaqram səhifəsində ona təbrik yazan azarkeşlərdən birinə "təşəkkür edirəm, qara" cavabını verib. Düzdür, 33 yaşlı oyunçu sonradan yazdığını silib. Lakin İngiltərə Futbol Assosiasiyası hadisəni araşdırmağa başlayıb.