Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ramin Quluzadə Böyük Britaniyanın ölkəmizdəki səfiri ilə görüşüb

Ramin Quluzadə Böyük Britaniyanın ölkəmizdəki səfiri ilə görüşüb

Tarix: 1 Dekabr 2020 16:03

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ceyms Layl Şarp arasında görüş keçirilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Sonxeber.net-a bildirilib ki, Azərbaycanın bir çox beynəlxalq layihələrin təşəbbüskarı və əsas iştirakçısı olduğunu vurğulayan nazir ölkəmizdə nəqliyyat və İKT sektorunda aparılan islahatlar, həyata keçirilən regional və yerli əhəmiyyətli layihələr, planlaşdırılan işlər barədə səfirə məlumat verib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində baş tutan görüşdə ölkələrimiz arasında nəqliyyat, telekommunikasiya, informasiya texnologiyaları, innovasiyalar və yüksək texnologiyalar sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.


Etiketlər:  Ramin Quluzadə Böyük Britaniyanın ölkəmizdəki səfiri ilə görüşüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ