Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Xiaomi” şirkəti “5G” dəstəkli yeni “Redmi Note” smartfonlarını təqdim edib

“Xiaomi” şirkəti “5G” dəstəkli yeni “Redmi Note” smartfonlarını təqdim edib

Tarix: 1 Dekabr 2020 22:20

"Xiaomi" şirkətinin subbrendi "Redmi" Çində ucuz "Redmi Note" smartfonlarının yeni nəslini təqdim edib.

Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, seriyanın qabaqcıl modeli olan "Redmi Note 9 Pro 5G" smartfonu beşinci nəsil mobil şəbəkələrini dəstəkləyən ən yeni "Snapdragon 750G" platforması ilə işləyir. Yeni aparatın 6,67 düymlük ekranı şəkli 120 hers tezliklə yeniləyir. Cihaz 4 sensorlu əsas kameraya malikdir, əsas sensorun təsvir ölçüsü 108 mp təşkil edir. Smartfon NFC texnologiyasını dəstəkləyir, 3,5 mm-lik audiokonnektor və 4820 milliamper/saat tutumlu akkumulyator ilə təchiz edilib. Üç konfiqurasiyada - 6/128, 8/128 və 8/256 QB əlçatandır.

"Redmi Note 9 5G" adlı orta model 6,53 düymlük ekran və "MediaTek Dimensity 800U" platforması ilə təchiz edilib. 48, 8 və 2 mp-lik təsvir ölçüsünə malik 3 kamera var. 5000 milliamper/saat tutumlu batareyanı 18 vatlıq enerji bloku ilə doldurmaq mümkündür. Üç konfiqurasiyada - 6/128, 8/128 və 8/256 QB əlçatandır.

Nəhayət, "Redmi Note 9" modeli kamera blokunun fərqli tərtibatı, korpus qapağına görə seriyanın digər modellərindən çox fərqlənir. Bu aparat "5G" dəstəyinə malik deyil və "Snapdragon 662" çipi ilə təchiz edilib. 6000 milliamper/saat tutumunda batareyaya malikdir.

Çində "Redmi Note 9 Pro 5G"nin standart versiyasının qiyməti 243 dollar, "Redmi Note 9 5G"də isə 197 dollar, "Redmi Note 9" üçün isə 151 dollar təşkil edəcək.


Etiketlər:  Xiaomi şirkəti dəstəkli yeni Redmi Note smartfonlarını təqdim edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ