Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Koronavirusun daha bir fəsadı ortaya çıxdı

Koronavirusun daha bir fəsadı ortaya çıxdı

Tarix: 1 Dekabr 2020 22:48

Bəzi şəxslər yeni növ koronavirus infeksiyasına yoluxduqdan sonra dişlərindən məhrum olur.

Milli.Az ted.az-a istinadən bildirir ki, yaşı 30-dan yuxarı olan şəxslərin 47 faizindən çoxu periodontal xəstəlikdən əziyyət çəkir. Bura infeksiyalar, diş ətlərinin və sümüklərinin iltihabı da daxildir.

Periodontal xəstəlik diş ətlərinin ciddi bakterial infeksiyasıdır. Müalicə olunmadığı təqdirdə dişlərinizi dəstəkləyən diş ətlərini, ligamentləri və sümükləri məhv edir və diş itkisinə səbəb olur.

Qeyd edək ki, COVID-19-a yoluxan şəxslərin çoxunun dişləri səbəbsiz yerə tökülüb.

Həkimlər hesab edir ki, dişlərin qansız tökülməsi qeyri-adidir. Onlar hesab edir ki, infeksiya diş ətindəki damarlarda ciddi fəsadlar törədə bilir.

Milli.Az


Etiketlər:  Koronavirusun daha bir fəsadı ortaya çıxdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ