Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Azad edilmiş ərazilərin iqtisadi, turizm potensialı çox böyükdür'' - FOTO

''Azad edilmiş ərazilərin iqtisadi, turizm potensialı çox böyükdür'' - FOTO

Tarix: 2 Dekabr 2020 11:00

"Elə bil vəhşi qəbilə keçib ordan, amma biz qurub yaradanıq" deyən cənab Prezident İlham Əliyevin məqsədi Qarabağı yenidən dirçəltməkdir. Qarabağı yenidən qurub-yaratmaq cənab Prezident İlham Əliyevin siyasətinin əsas istiqamətlərindən biridir".

Bunu Sonxeber.net-a politoloq Şəbnəm Həsənova deyib.

Politoloq bildirib ki, işğaldan azad edilmiş torpaqlarda Azərbaycan xalqının milli sərvətləri talan edilib, binalar sökülüb, infrastruktur dağıdılıb:

"İşğalda olduğu müddət ərzində beynəlxalq hüquq normalarına tamamilə zidd olaraq Ermənistan dövləti torpaqlarımızda qeyri-qanuni məskunlaşdırma siyasəti həyata keçirirdi. Bu azmış kimi ermənilər oradan çıxarkən öz mənfur xislətlərinə sadiqlik nümayiş etdirərək vandal olduqlarını bir daha göstərir, evləri, meşələri yandırır, təbiətə, ətraf mühitə ciddi ziyan vururdular.

Mənfur, vəhşi düşmən meşələrimizi 30 il ərzində qırıb, talayıb və son zamanlar hətta yandırıb. Bütün bunlar bir daha Azərbaycanla Ermənistanın fərqini əyani şəkildə, faktlarla sübut edir. Bu gün dünya ictimaiyyəti əgər bir tərəfdə vəhşi, vandal, barbar Ermənistan görürsə, digər tərəfdə isə humanist, tolerant, qurub-yaradan Azərbaycan görür. Cənab Prezident İlham Əliyev Ağdam işğaldan azad olunduqdan sonra oraya səfəri zamanı torpaqlarımızın viran edildiyini görərək haqlı olaraq bildirdi ki, "Elə bil vəhşi qəbilə keçib ordan, amma biz qurub yaradanıq".  

Aydındır ki, işğaldan azad edilmiş torpaqlarda bu gün mövcud olan reallıq böyük çətinliklər yaradır. Azərbaycan xalqının milli sərvətləri talan edilib, binalar sökülüb, infrastruktur dağıdılıb. Bu da o torpaqlarda yaşamaq üçün şəraitin olmamasından xəbər verir. Lakin cənab Prezident işğaldan azad olunmuş torpaqların ən qısa zamanda və maksimum səmərə ilə bərpa ediləcəyi, dirçəldiləcəyi vədini dəfələrlə bəyan edib. Azərbaycan dövlətinin məqsədi oraya qayıdacaq vətəndaşların normal həyatı üçün lazım olan bütün zəruri addımların atılmasıdır. Bununla bağlı cənab Prezident İlham Əliyev tərəfindən "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının yaradılması haqqında" sərəncam da imzalandı. Qurum bütün bu işlərin hamısının koordinasiyalı şəkildə icrasına nəzarət edəcəkdir. Bərpa istiqamətində ilk layihələr artıq icra edilməyə başlanıb və bunun üçün Prezidentin ehtiyat fondundan müvafiq vəsait ayrılıb. Füzuli-Şuşa avtomobil yolunun, Bərdə-Ağdam dəmir yolunun tikintisi artıq başlanıb. Bundan əlavə, dağıdılmış və məhv edilmiş infrastrukturun, o cümlədən kəsilmiş ağacların bərpası da diqqət mərkəzində olacaqdır.

Bütövlükdə azad edilmiş bölgələrin iqtisadi potensialı, kənd təsərrüfatı, turizm potensialı əhəmiyyətli dərəcədə böyükdür, bu potensialdan məharətlə istifadə edərək Qarabağ bölgəsini nəinki Azərbaycanın, dünyanın ən gözəl bölgələrindən birinə çevirmək cənab Prezident İlham Əliyevin siyasətində əsas istiqamətlərdən birini təşkil edir". 

Təhməz Əsədov


Etiketlər:  Azad edilmiş ərazilərin iqtisadi turizm potensialı çox böyükdür FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ