Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Əməkdar artist Laçından danışıb ağladı - VİDEO

Əməkdar artist Laçından danışıb ağladı - VİDEO

Tarix: 2 Dekabr 2020 12:00

Əməkdar artist Ehtiram Hüseynov uzun müddət sonra ilk dəfə "Bizimləsən" proqramında qonaq olub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, səhhətində ciddi problem olan xanəndə veriliş boyunca göz yaşlarını saxlaya bilməyib.

Əslən Laçından olan Ehtiram ata yurdunun düşməndən azad olunmasına kövrəldiyini deyib.

"40-a yaxın yaşım var, həyatda çox sevinmişəm. Amma bu qədər sevincli hisslərim olmayıb" deyən, müğənni ağlamağa başlayıb.

Sənətçi daha sonra "1992-ci ildə Xocalı hadisəsindən sonra bizi Laçından çıxartdılar. Bakıda əmim, dayımgil yaşayırdı, onların evinə gətirdilər bizi. Bu günə şükür, xəyallarımız gerçəkləşdi. Laçınlı günlərdə görüşəcəyik" sözlərini əlavə edib.

Qeyd edək ki, E.Hüseynovun ötən ilin dekabrından səhhətində ciddi problem yaranıb. Xanəndə müalicə alır.

Milli.Az


Etiketlər:  Əməkdar artist Laçından danışıb ağladı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ