Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirilib

Qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirilib

Tarix: 2 Dekabr 2020 14:24

Bakı. Zeyni Cəfərov - Trend:

Dekabrın 2-də Bakı Fond Birjasında (BFB) Mərkəzi Bankın 200 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Trend-in birjaya istinadən məlumatına görə, hərrac zamanı 17 investor tərəfindən qiyməti 99,5 AZN (6,49 faiz) olan 30 sifariş təqdim edilib.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 728,7 milyon manat olub. Mərkəzi Bankın qərarına əsasən, notların kəsmə və orta ölçülmüş qiyməti 99,53 manat olub. Notlar dekabrın 30-da ödəniləcək.


Etiketlər:  Qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ