Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Smartfonlar üçün qabaqcıl “Qualcomm Snapdragon 888” prosessoru təqdim edilib

Smartfonlar üçün qabaqcıl “Qualcomm Snapdragon 888” prosessoru təqdim edilib

Tarix: 2 Dekabr 2020 15:12

"Qualcomm" şirkəti qabaqcıl smartfonlar üçün yeni "Snapdragon 888" platformasını təqdim edib. Sözügedən çip "Tech Summit Digital" illik konfransında nümayiş etdirilib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "ria.ru" saytına istinadən yazır ki, 5 nm-lik texnoloji proses üzrə hazırlanmış prosessor "Snapdragon X60 5G Modem-RF System" modeminin üçüncü nəsli ilə təchiz edilib. Bu çiplə təchiz edilmiş smartfonlar "mmWave" və "sub-6" daxil olmaqla istənilən beşinci nəsil mobil rabitə tezlikləri ilə işləyə biləcək.

 

Prosessor saniyədə 2,7 giqapiksel sürətlə foto və video çəkə bilir.

 

Emil Hüseynov




Etiketlər:  Smartfonlar üçün qabaqcıl Qualcomm Snapdragon 888 prosessoru təqdim edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ