Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yeni Android smartfonlara məlumatların ehtiyat kopyasının köçürülməsi daha sürətli olacaq

Yeni Android smartfonlara məlumatların ehtiyat kopyasının köçürülməsi daha sürətli olacaq

Tarix: 3 Dekabr 2020 23:12

iOS əməliyyat sisteminin əsas üstünlüklərindən biri də odur ki, istifadəçi bütün məlumatlar ilə ayarların ehtiyat kopyasının rahat köçürülməsi sayəsində bir cihazdan digərinə rahat keçid edə bilir. Müxtəlif smartfon istehsalçıları bu məsələni öz gücləri hesabına həll etməyə çalışsalar da Android-də bu proses heç də sadə deyil və istifadəçidən əlavə əməliyyatların yerinə yetirilməsini tələb edir. Lakin yaxın zamanda bu vəziyyət dəyişə bilər. Belə ki, XDA-Developers saytının tərtbatçıları Android Open Source Project-də (AOSP) yeni funksiya aşkar ediblər.

Aşkar edilmiş yeni funksiya bir Android smartfondan digərinə keçid edən zaman bütün lazımi tətbiqlərin yeni smartfonda sürətli quraşdırılması üçün nəzərdə tutulub. Yeni funksiya Dex2oat kompilyatorundan istifadə edir. Bu kompilyator öz növbəsində Android Runtime mühiti tərəfindən istifadə olunan faylların optimizasiyasını reallaşdırır. Fayllar isə Google Play və digər mənbələrdən olan tətbiqlərisürətli quraşdırılması üçün optimizasiya olunurlar. Bununla belə quraşdırılma zamanı tətbiqlərin hər birinə kompilyatorun filtrlərindən biri təqdim olunacaq və həmin filtrlər prioritetli tətbiqəri əks etdirəcəklər.

Söhbət, DEFAULT, FAST, BULK_CRITICAL və BULK_NON_CRITICAL filtrlərindən gedir. Bu filtrlərin təyin olunması isə bir sıra faktorlardan asılı olacaq. Məsələn, istifadəçi bu və ya digər tətbiqdən nə qədər çox və nə qədər az istifadə edib. Başqa sözlə desək, yeni Android smartfonda məlumatlar ilə ayarların ehtiyat kopyasının bərpa olunması zamanı ilk növbədə istifadəçinin ən çox istifadə etdiyi tətbiqlər quraşdırılacaq. Bu üsul ilə ikinci dərəcəli tətbiqlər fon rejimində quraşdırılan zaman istifadəçi tez bir zamanda öz yeni smartfonundan istifadə etmək imkanını əldə edəcək.

Milli.Az


Etiketlər:  Yeni Android smartfonlara məlumatların ehtiyat kopyasının köçürülməsi daha sürətli olacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ