Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Telegram-da çoxdan gözlənilən yenilik

Telegram-da çoxdan gözlənilən yenilik

Tarix: 3 Dekabr 2020 23:20

Telegram tərtibatçıları messencerin imkanlarını genişləndirməkdə davam edirlər. Belə ki, Telegram-ın yeni beta versiyasına heç gözlənilmədən qrup audiozəngləri əlavə edilib. Bu isə öz növbəsində Telegram-ı universal servisə çevrir. Bu barədə 4pda saytı xəbə verib. Qrup audiozəngləri funksiyası Telegram-ın 7.3 versiyasına əlavə edilib. Bu versiya hal hazırda Telegram-ın Android üçün beta versiyası kimi çıxış edir. Məlumata əsasən qrup zənglərini yalnız çatın admini yerinə yetirə bilər. Bunun üçün çat yaradıcısı adminə lazımi hüquqları verməlidir.

Qrup zənglərinin reallaşdırılmasından öncə admin mikrofonun bütün istifadəçilər üçün yoxsa yalnız qrup adminləri üçün aktivləşdirilməsi üzrə seçimə sahib olacaq. Lakin seçimi hətta qrup audizənginin gedişatında da etmək olar. Lazım olduğu halda çat admini qrup videozənginə əlavə istifadəçini daxil edə bilər. Bununla yanaşı qrup audiozəngi zamanı iştirakçıların siyahısına baxmaq və istənilən zaman audiozəngi tərk etmək olar. Yeni funksiyanın Telegram-ın stabil versiyasına nə zaman əlavə ediləcəyi barəsində bir məlumat yoxdur. Həmçinin messencerdə qrup videozənglərinin də nə zaman istifadəyə veriləcəyi bilinmir.

Milli.Az


Etiketlər:  Telegram da çoxdan gözlənilən yenilik


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ