Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Qarabağ"la oyuna da qələbə üçün çıxacağıq" - Unay Emeri

Tarix: 4 Dekabr 2020 13:20

90 dəqiqə əlimizdən gələni etdik. Nəticədə 3 xal qazandıq və növbəti mərhələyə adladıq. Məqsədimizə nail olduq. İlk gündən bunu hədəfləyirdik.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Vilyarreal"ın baş məşqçisi Unay Emeri Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda "Sivasspor" qalib gəldikləri oyundan (1:0) sonra mətbuat konfransında deyib.

İspaniyalı mütəxəssis qrupun son turunda "Qarabağ"la keçiriləcək görüşə də qələbə üçün çıxacaqlarını bildirib: "Artıq 1/16 final mərhələsinə vəsiqəni təmin etmişik. Bu bizi rahatlaşdırdı. Amma bu, arxayınlaşmağımıza səbəb ola biləcək rahatlıq deyil. "Qarabağ"la oyuna da qələbə üçün çıxacağıq".

Qeyd edək ki, dekabrın 10-da İspaniyada keçiriləcək "Vilyarreal" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Milli.Az


Etiketlər:  Qarabağla oyuna da qələbə üçün çıxacağıq Unay Emeri


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ