Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Dekabr 2020 13:58
Rusiya "Qonets-M" kəşfiyyat və rabitə peyklərindən birinin kosmosa göndərildiyini açıqlayıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, uçuş Rusiyanın Arxanqelsk bölgəsindəki Plesetsk Kosmik Bazasından yerli vaxtla 04: 14-də həyata keçirilib.
"Soyuz-2.1b" daşıyıcı raketinin 43 sınaq sahəsinin 3 nömrəli pandusundan atıldığı və bölgədə kosmik qüvvələrin çalışdığı qeyd olunub.
Aşağı orbitli peyklə yanaşı, nano ölçülü "ERA-1" kosmik gəmisi də eyni daşıyıcı ilə kosmosa göndərilib.