Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İlin ən yaxşı baş məşqçisi bəlli oldu

İlin ən yaxşı baş məşqçisi bəlli oldu

Tarix: 4 Dekabr 2020 17:48

2020-ci ilin ən yaxşı məşqçilərinin siyahısı müəyyənləşib.

Sonxeber.net apasport.az-a istinadla bildirir ki, ESPN ən reytinqli 10 çalışdırıcını sıralayıb.

"Liverpul"a 30 ildən sonra Premyer Liqa çempionluğunu qazandıran almaniyalı Yurgen Klopp ilin məşqçisi adına layiq görülüb. Onun "Bavariya"dakı həmyerlisi Hans-Diter Flik bütün titulları əldə etməsinə baxmayaraq, ikinci pillədə qərarlaşıb.

Ən yaxşı 10 məşqçi:
1. Yurgen Klopp ("Liverpul")
2. Hans-Diter Flik ("Bavariya")
3. Pep Qvardiola ("Mançester Siti")
4. Jan Pyero Qasperini ("Atalanta")
5. Yulian Naqelsmann ("Leypsiq")
6. Marselo Byelsa ("Lids")
7. Dieqo Simeone ("Atletiko")
8. Xulen Lopeteqi ("Sevilya")
9. Zinəddin Zidan ("Real")
10. Karlo Ançelotti ("Everton").

Qeyd edək ki, nəşr 2020-ci ilin mövqelər üzrə ən yaxşı futbolçularının adlarını da açıqlayıb.


Etiketlər:  İlin yaxşı baş məşqçisi bəlli oldu


RƏYLƏR