Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Qalatasaray” 3 futbolçunu transfer etmək istəyir

“Qalatasaray” 3 futbolçunu transfer etmək istəyir

Tarix: 4 Dekabr 2020 18:26

Türkiyənin "Qalatasaray" klubu qış fasiləsində heyətinə qatmaq istədiyi 3 futbolçunu müəyyənləşdirib.

Milli.Az apasport.az-a istinadla bildirir ki, onlardan ikisi əvvəllər "cim-bom"un formasını geyinən yarımmüdafiəçilər Jan Mişel Seri və Henri Onyekurudur.

Onyekuru ilə ilkin razılıq artıq əldə edilib. "Qalatasaray" nigeriyalının klubu "Monako"ya 1,5 illik icarəyə götürmək təklifi göndərib. "Fulhem"də əsas heyətə düşə bilməyən Seri ilə bağlı plan da eynidir. "Sarı-qırmızılılar" hər iki oyunçunun sözləşməsinə birdəfəlik transfer etmək bəndini əlavə etmək fikrindədir.

Baş məşqçi Fatih Terimin alınmasını istədiyi digər oyunçu isə "Fortuna"nın hücumçusu Kənan Karamandır. "Cim-bom" almanlarla müqavilə müddəti mövsümün sonuna qədər olan 26 yaşlı forvardı yanvarda ucuz qiymətə almaq niyyətindədir.

Milli.Az


Etiketlər:  Qalatasaray 3 futbolçunu transfer etmək istəyir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ