Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu qidalar ürək-damar xəstəliyi riskini azaldır

Bu qidalar ürək-damar xəstəliyi riskini azaldır

Tarix: 6 Dekabr 2020 20:48

Alimlər qırmızı ətin bitki qidaları ilə əvəz edilməsinin ürək-damar xəstəliyi riskini azaltdığını aşkar ediblər.

Sonxeber.net modern.az-a istinadən bildirir ki, müvafiq məlumatlar BMJ jurnalında dərc olunub.

Amerikalı mütəxəssislər 30 ildir həyat tərzi, pəhrizləri və sağlamlıqları haqqında məlumat verən ortalama yaşı 53 olan 43 272 insanın iştirakı ilə araşdırma aparıblar. Araşdırma başlayarkən könüllülərdən heç birində ürək-damar xəstəlikləri olmayıb. Müşahidə dövründə 4 456 ürəyin işemik xəstəliyi qeydə alınıb, bunlardan 1 860-ı isə ölümlə nəticələnib.

Alimlər tədqiqat iştirakçılarının qida rasionunu təhlil ediblər və ürək-damar xəstəlikləri üçün digər risk faktorlarının təsirini istisna ediblər. Onlar belə qənaətə gəliblər ki, ətin qoz-fındıqda, paxlakimilərdə, soyada bol olan bitki mənşəli zülalla əvəz edilməsi xəstəlik riskini 14% azaldır.


Etiketlər:  qidalar ürək damar xəstəliyi riskini azaldır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ