Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Dekabr 2020 14:33
Əməkdar artist Qorxmaz Əlili bir müddət əvvəl qalmaqala səbəb olan "Qaçqınlara Bakı lazım idi, gəldilər. Var-dövlət lazım idi, qazandılar. Vəzifə lazım idi, vəzifə sahibi oldular" sözlərinə aydınlıq gətirib.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, aktyor "Be my star" verilişində sözlərinin üstündə durduğunu deyib:
"Bəli, mən qaçqınları təhqir etmişəm, məcburi köçkünləri yox. Kişi qaçqın olmaz, məcburi köçkün ola bilər. Bu, mənim də başıma gələ bilər. Kim özünə qaçqın deyirsə, o, azərbaycanlı deyil.
Kompüter arxasında hamı söyə bilər... Gedin düşməni söyün".