Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Dekabr 2020 15:54
Bakı. İlhamə İsabalayeva – Trend:
“Virtual məktəb” layihəsinin əhatə dairəsi hər gün genişlənsə də, bəzi ailələrdə zəruri texnologiyaların olmaması səbəbindən təhsilalanlar və təhsilverənlər distant tədrisə qoşulmaqda çətinliklərlə üzləşirlər.
Trend-in məlumatına görə, bunu Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva “Virtual məktəb” layihəsinə dəstəyin təşviqi məqsədi ilə Təhsil Nazirliyi tərəfindən özəl sektorun iştirakı ilə keçirilən onlayn tədbirdə deyib.
Nazir müavini qeyd edib ki, hazırda layihə üzrə platformada ümumi istifadəçi sayı şagirdlər üzrə 1,3 milyondan çox, müəllimlər üzrə 113 min, aktiv istifadəçilərin sayı isə 1 milyona çatıb. Bununla yanaşı, l Məhəbbət Vəliyeva bu kimi problemlərin qismən aradan qaldırılması üçün dövlət və özəl qurumlar arasında davamlı tərəfdaşlığın qurulmasının əhəmiyyətli olduğunu vurğulayıb.