Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Dekabr 2020 08:27
Qürur hissi insanın həyat enerjisini və gücünü zəiflədir. Qürurun ölümə səbəb olan günahlardan biri olduğu da söylənilir.
Qürur hissi emosiyaların, hisslərin, neqativ fikirlərin və insana əzəb verən düşüncələrin müccəssəməsidir. Həyatda yaşamaq üçün özündə güc tapmaq istəyən, hyat enerjisi ilə yaşamaq istəyən hər bir şəxs öz fəaliyyətinin həyata keçirmək üçün qürurundan əl çəkməlidir. Qürurdan əl çəkmək üçün isə əvvəlcə onun varlığını qəbul etmək lazımdır. Qürurlu olmağın müxtəlif yolları vardır. Müxtəlif insanlar qürurlu olmağı müxtəlif cür başa düşür.
1. Qürurlu olmaq səhvsiz yaşayan insanlara xas olan bir xüsusiyyətdir. Belə insanlar hətta öz səhvlərini belə bağışlaya bilmədiklərinə görə səhv addım atmamağa çalışırlar. Bu xüsusiyyətlərinə görə qürurlu adamlar səhvi olanları bəyənmirlər və onlara qarşı xoş olmayan davranışla yanaşırlar.
2. Qürurun meydana çıxmasının səbəblərindən biri də dünyaya qarşı qorxu hissi ilə yaşamaqdır. Bəzi insanlar qorxu və özlərinə qarşı olan acımaq hissini qürurlarının arxasında gizlədirlər. Belə adamlar bir növ özlərinə qarşı zalım olurlar. Bu zalımlıq əksər zamanlarda ətrafdakılara qarşı da yönəlir.
3. Qüruru olan insanlar özlərini hamıdan yüksək hiss edirlər, buna görə də hamıya yuxarıdan aşağı baxırlar.
4. Qürurlu adamlarda özünə qarşı heyranlıq hissi olur. Bu səbədən də onlar qarşçılarındakıların onlara minnətdar olmağını istəyirlər. Onların ən pis xüsusiyyəti isə yaxşılıq elədikləri insanlara "Mən sənə yaxşılıq eləmişəm, sən həmişə mənə minnətdar olmalısan" demələridir.
5. Bəzi inanlar vardır ki, onlar özlərini uğursuz və bəxtsiz hesab edirlər. Belə adamlarda ruh yüksəkliyi olmur və onlar özlərindən yüksəkdə olan hər bir kəsin dizlərinə qapanmağa , yaltaqlıq eləməyə hazırdırlar. Amma, onlar özlərindən aşağı adam gördükdə özlərini qürurlu aparırlar.
6. Bəzi insanlar özlərini işdə, ailədə və ərtafdakıların rasında vacib, əvəzolunmaz adam sayırlar. Onlara elə gəlir ki, onların gördükləri işi heç kim bacarmaz və onlar daima özləri ilə qürur duyurlar.
7. Bəzi qürur sahibi insanlar vardır ki, onlar özlərini vacib adam hesab edirlər. Onlara elə gəlir ki, istədikləri zamanı çıxıb getsələr geridə qoyduqları onlarsız yaşaya bilməzlər. Ən çox belələri boşanma qərarı verir. Əslində bu onların qürurlu olmasını yox zəif olmalarını bildirir.
8. Həddindən çox ətrafdakıların fikirlərini ön plana çəkən insanlar vardır ki, bu da onların qürurlu olmasında irəli gəlir Belə adamlar bir iş görərkəın ətrafdakıların nə deyəcəyi onları çox narahat edir. Belə adamlarda zaman keçdikcə özünəheyranlıq və nartsizm əmələ gəlir.
9. İnsanların şəxsiyyətində qürur adı aldında lovğzlıq hissi də gizlənir. Lovğaliq özünəməxsus mənlik sahibi olan adamlarda olur. Bu zaman insan özünü ətrafdakılardan üstün tutur və hər zaman bu üstünlüyü təsdiqəmək üçün bir bəhanə axtarır. Belə insanlar həmişə lovğalanır və özləri ilə fəxr edirlər. Lavğalanmaq insanlarda olan komplekslərdən biri sayılır.
10. Bir qrup insanlar vardır ki, onların qüruru onları başqalarına kömək etməyə qoymur. Belə adamlar kiməsə yardım etməyi öz mənliklrinə əskiklik hesab edirlər.
11. Ətrafdakıları təsir altına salaraq onların əməklərindən yararlanan və bununa qürur duyan insanlar vardır. Belə insanlar yanlarında olan insanlara öz işlərini gördürür və bununla da qürur duyarlar.
12. Bəzən insanları başqaları ilə bəhsə girmək və bəhsdə qələbə çalmaq qürurlandırır.
13. Bəzi insanları başqalarının səhvlərini və pis hərəkətlərini üzünə vurmaq qürurlandırır. Belə insanlar ətrafdakılarında çatışmazlıq axatarır və həmişə bu çatışmazlığı onun üzünə vurur. Bu qürür onda əsəbilik, gərginlik və qıcıq yaradır. Belə qüruru ilə öyünən adamı yerində oturtmaq lazımdır.
14. Bəzi insanların qüruru onları ətrafdakılarla sirrlərini bölüşdürməyə yol vermir. Belə adamlar qürurları ucbatından tənhalığa üstünlük verirlər.
15. Bəzi insanlar başqalarını ələ salmaqla qürurlanırlar. Onlar ətrafdakılrı təhqir etməkdən qürur duyarlar.
16. Bəzi insanlar ruhi problemləri və qürurları onların öz çatışmzlığını dillərinə gətirməyə icazə vermir.