Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Mənimlə xəyallar qurma, mən o qədər yaşamayacam” - Şəhid mayor - VİDEO - FOTO

“Mənimlə xəyallar qurma, mən o qədər yaşamayacam” - Şəhid mayor - VİDEO - FOTO

Tarix: 8 Dekabr 2020 15:00

Sevil Ağayeva (Şəhidin həyat yoldaşı): "15 illik evlilik həyatımızda dəfələrlə mənə deyib ki, mən 35 yaşımda şəhid olacam. Uşaqların gələcəyi ilə bağlı oturub xəyallar quranda deyirdi ki, baş üstə, sən necə istəyirsən elə olsun. Axırda mənə deyirdi ki, mənimlə o qədər xəyallar qurma. Mən o qədər yaşamayacam". 

Milli.Az bildirir ki, "ARB Xəbər"  şəhid Ramil Ağayev haqqında maraqlı süjet hazırlayıb.

Həyat yoldaşının şəhidlik arzusundan danışan Sevil xanım deyir ki, Ramilin bu mərtəbəyə hansı yaşda yüksələcəyilə bağlı dediyi düz çıxdı.

Zəhra Ağazadə (Şəhidin qızı): "Atam müharibədə olanda biz atamla danışanda mən məktəbdə sinif nümayəndəsi adı almışdım. Bunu atama deyəndə atam mənə demişdi ki, buradan gələndən sonra sənə hədiyyə alacam. Ala bilmədi amma..."

İlkin Ağayev (Şəhidin qardaşı): "Deyirdi yaxşıyam, özünüzdən muğayət olun, özünüzü siz qoruyun. Mən də ona deyirdim özünü qoru, sən bizə lazımsan, uşaqların var. Ramin öz uşaqlarını atasız saxladı, amma vətənsiz saxlamadı".

Yüzlərlə ermənini şəxsən özü məhv edən, döyüş meydanında düşmənin canına vəlvələ salan topçu mayor öz vəsiyyətilə, doğulub boya-başa çatdığı Lerik rayonunda torpağa tapşırılıb.

Allah rəhmət eləsin!

Milli.Az


Etiketlər:  Mənimlə xəyallar qurma mən qədər yaşamayacam Şəhid mayor VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ