Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Dekabr 2020 17:56
Fransa Prezidenti Emmanuel Makron Parisdə Misir dövlət başçısı Əbdül- Fəttah əs-Sisi ilə görüşüb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, təkbətək müzakirədən sonra hər iki lider KİV qarşısına çıxıb.
Makron Fransa ilə Misir arasında Aralıq dənizi və Yaxın Şərqdə sabitlik üçün əhəmiyyətli bir strateji tərəfdaşlığın olduğunu ifadə edib.
O, Liviyada qalıcı bir siyasi həll yolu axtarışında olduğunu vurğulayıb, orada türk və rus muzdlularının mövcudluğunu davam etdirdiyini iddia edib.
Fransız lider bu baxımdan Misirin rolunun əhəmiyyətli olduğunu bildirib.
Şərqi Aralıq dənizindəki əlaqəli ölkələrlə əməkdaşlıq etdiklərini bildirən Makron, Misirlə bir çox mövzuda ortaq fikir və narahatlıqlara sahib olduqlarını vurğulayıb. O, Misirlə terrorla mübarizədə əməkdaşlığın artmasının vacibliyini bildirib.
Liviyada Türkiyənin tək tərəfli addımlar atdığını bildirən Makron Fransada mətbuatın azad olduğunu qeyd edib: "Karikaturaya gəldikdə, bu, Fransanın müsəlman dünyasına mesajı deyil, bir insanın təxribat xarakterli ifadəsidir. Ölkəmin buna haqqı var, çünki burada İslam yox, Fransa qanunları tətbiq olunur. Mən sizin üçün bunu dəyişdirə bilmərəm. Bu cizgi filmlərini Fransa hökuməti ərsəyə gətirməyib".