Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kamaləddin Qafarov: ''Bu gün qeyd edilən Zəfər bayramı tariximizin ən böyük qalibiyyət səhifələrindən biridir!''

Kamaləddin Qafarov: ''Bu gün qeyd edilən Zəfər bayramı tariximizin ən böyük qalibiyyət səhifələrindən biridir!''

Tarix: 10 Dekabr 2020 12:36

"Bu gün təkcə 55 milyonluq  Azərbaycan xalqının deyil, qəlbi azadlıq və suverenlik istəyi ilə döyünən hər bir insanın bayramıdır. Dünyanın tərəqqipərvər ictimaiyyəti 44 gün xalqımızla birlikdə haqqın nahaq, düzün əyri, vətənpərvərliyin işğal, həqiqətin yalan üzərində Qələbəsini heyranlıqla seyr etdi, illərdən bizə miras qalmış qara ləkənin tariximizdən silinmə anını birnəfəsə izlədi və   əldə olunan möhtəşəm nəticələrə ürəkdən sevindi". 

Bu sözləri yap.org.az.saytına müsahibəsində millət vəkili  Kamaləddin Qafarov demişdir.

K.Qafarov qeyd etmişdir ki, Vətən müharibəsinin davam etdiyi 44 gün ərzində şanlı ordumuz, qəhrəman əsgərlərimiz işğalçılara öz gücünü göstərdi. Xain düşmən ordumuzun qarşısında aciz  qaldığı üçün dinc insanları, döyüş bölgəsindən xeyli uzaqda yerləşən şəhərlərimizi, kəndlərimizi qadağan olunmuş silahlarla atəşə tutdu. Bunun nəticəsində  aralarında uşaq və qadınlar da olmaqla 100-ə yaxın mülki şəxs həlak oldu. 
   Ermənistan hakimiyyəti  müharibə dövründə öz ictimaiyyətinə yalan məlumatlar verməklə məşğul oldu. Bu bədnam ölkə dünya ictimaiyyəti üçün yalan  informasiyalar yaymaqla öz işğalçılıq xislətini ört-basdır etməyə çalışdı. Məqsədi  Azərbaycanın beynəlxalq imicinə zərbə vurmaq idi.  Amma məqsədinə nail ola bilmədi. Heç bir  qüvvə Azərbaycanı öz haqlı mübarizəsindən çəkindirə  bilmədi.  
 Müzəffər Ali Baş Komandanımız Vətən müharibəsinin davam etdiyi müddətdə dünyanın nüfuzlu kütləvi informasiya vasitələrinə çoxsaylı müsahibələr verərək, Azərbaycanın haqq işi apardığını, bizim mübarizəmizin beynəlxalq hüquq normalarına və tarixi ədalətə əsaslandığını beynəlxalq birliyə bəyan etdi.  Beləliklə, Azərbaycan həm döyüş meydanında, həm diplomatik cəbhədə, həm də informasiya müharibəsində böyük üstünlük qazanmış oldu.
    Millət vəkili demişdir ki, artıq minilliklərdən bəri əzəli yurd yerlərimiz, erməni işğalı altında olan torpaqlarımız öz sahiblərinə qaytarıldı. Azərbaycan Qarabağımıza qovuşdu. Şəhidlərimizin, Xocalı qurbanlarının, Gəncə, Tərtər və Bərdə soyqırımları zamanı həlak olan günahsız insanların qisası döyüş meydanında artıqlaması ilə alındı.  Bu Qələbəni, Zəfəri bizlərə yaşadan isə Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı,  ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, siyasi iradəsi oldu.
       Ölkə başçısı bu torpaq uğrunda canını verənlərin, yaralananların işığlı, parlaq əməllərinə layiqincə qiymət verdi. Şəhid ailələrinin, hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması, bunun üçün müvafiq platformanın yaradılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu günlərdə "Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun ("YAŞAT" Fondu) yaradılması haqqında" Fərman imzalayıb.  Belə bir Fərmanın imzalanması şəhidlərimizin ailələrinə və müharibə dövründə qazi olan vətən oğullarımıza dövlətin göstərdiyi diqqət və qayğının bariz göstəricisidir.
               K.Qafarov qeyd etmişdir ki, dekabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Ordusuna Yardım Fondunun yaradılması haqqında Fərman lmzalamışdır. Fondunun yaradılmasının  məqsədi Azərbaycan Ordusunun müasir tələblərə uyğun inkişafını təmin etməkdən, onun maddi-texniki bazasını möhkəmləndirməkdən və hərbi qulluqçuların sosial müdafiəsini daha da gücləndirməkdən ibarətdir.
         Fondun vəsaitindən Azərbaycan Ordusunun maddi-texniki bazasının inkişaf etdirilməsi, hərbi texnika, silah və sursatın alınması, hərbi təyinatlı məmulatların hazırlanması, sınaqdan keçirilməsi, istehsalı, təmiri və modernləşdirilməsi, hərbi elmi tədqiqat və təcrübə-konstruktor işlərinin aparılmasının təşkili, hərbi qulluqçuların sosial və məişət problemlərinin həll olunması, peşəkar hərbi kadrların hazırlanması və onların əlavə təhsili üçün istifadə ediləcəkdir.
        Azərbaycan son əsrlər ərzində əldə etdiyi ən böyük zəfərini bu gün-2020-ci il dekabrın 10-da  Bakıda keçirilən hərbi paradda dünyaya rəsmən elan edir. Bu gün xalqımız ədalətin bərpa edilməsini, birliyimizin təntənəsini bayram edir!


Etiketlər:  Kamaləddin Qafarov gün qeyd edilən Zəfər bayramı tariximizin böyük qalibiyyət səhifələrindən biridir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ