Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Dekabr 2020 13:04
"Real"ın baş məşqçisi Zinəddin Zidan gələn yay öz istəyi ilə istefa verəcək.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bu barədə "Diario Gol" nəşri məlumat yayıb. Fransız mütəxəssisin bu qərarını prezident Florentino Peresə bildirdiyi vurğulanıb.
Qeyd olunub ki, Zidan Madrid təmsilçisində narahatdır. Yay transfer pəncərəsində Peres məşqçiyə, xüsusən Pol Poqba, Sadio Mane və Eduardo Kamavinqanı alacağını vəd edib, lakin onlardan heç birini heyətə qatmayıb. Zidan klubun bir sıra pis nəticələrindən sonra onu diqqət mərkəzində saxlanılmasından da narazıdır. Nəşr yazıb ki, Peres də öz növbəsində mütəxəssisin getməsinə mane olmayacaq.
Klub prezidentinin "Real"ın yeni baş məşqçi vəzifəsinə Maurisio Poçettino və ya Raul Qonzalesi gətirəcəyi iddia olunub.
48 yaşlı çalışdırıcının özünə gəlincə, mətbuat onun Fransa millisi, PSJ və ya "Yuventus"a keçə biləcəyini yazıb.
Qeyd edək ki, Zidan 2016-2018-ci illərdə "Real"da çalışıb və daha sonra 2019-cu ildə komandaya qayıdıb.