Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Anama demək istəyərdim ki, mən daha böyük zirvəyə qalxmışam...Şəhidlərin xatirəsinə həsr olunmuş ''Olmayan Bir Müsahibə ...'' (FOTO)

Anama demək istəyərdim ki, mən daha böyük zirvəyə qalxmışam...Şəhidlərin xatirəsinə həsr olunmuş ''Olmayan Bir Müsahibə ...'' (FOTO)

Tarix: 11 Dekabr 2020 01:06

Bakı. Trend:

Azərbaycan yazıçısı Nərminə Məmmədzadə Trend Life-a ikinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş "Olmayan Bir Müsahibə ..." adlı silsilə materiallar təqdim edir.

Bu material Ümüd Xəncəlova həsr edilmişdir...

- Salam, Ümüd.

- Salam.

- Danışaq?

- Əlbəttə ki!

- Necə oldu ki, müharibəyə getdin?

- Başqa cür ola bilərdi bəyəm? Mən kəşfiyyatçıyam, vətən mənsiz necə ola bilərdi ki?

- Heç cür... Axı sən bizim Ümidimizsən...

- Hə, can mama deyərdi ki, can Ümüd, sənə ümid bağlamışıq (gülümsəyir).

- Ümüd, mən sənin ananı çox sevdim, Məryəm xanım bir söhbətlə mənə elə yaxın oldu ki...

- Hə, can mama elədir, müharibəyə gedəndə ona demədim... Amma girdim otağa dedim ki, gəl səni çoxlu öpüm qucağlayım. O zaman başa düşmədi... Elə bilirdi ki, həmişəki kimi gedirəm...

- Niyə demədin?

- Qorxacaqdı...nə bilim. Bəzən elə şeyləri heç anlatmaq da olmur.Balalarımı da o qədər öpdüm ki, qoxuları yadımda qalsın...

- Qaldı?

- Vətən qoxusu onlara qarışdı.

- Ümüd, evə tez-tez zənq edirdin?

- Hə, çalışırdım, sentyabrın 28-i anama zənq etdim, artıq müharibədə olduğumu dedim. Sonra isə hər gün əlaqə saxlayırdım, oktyabırın 6-a kimi...

- O zaman harda idin?

- Cəbrayılı aldıq, Füzuliyə girəcəkdik... Alınmadı, amma çox istəyirdim Şuşaya kimi gedim, düşmənin cavabını verim (gülür).

- Sən Cəbrayılı azad edərək ordumuza Şuşaya girməkdə kömək etdin. Ona görə elə hamınız müharibəni axıracan keçdiniz...

- Ola bilər, heç mən belə düşünməmişdim (gülür).

- Ümüdün ümidi var idi?

- Hə (gülür), bəs necə! Müharibədən sonra uşağlarımı götürüb istirahətə getmək istəyirdim, Şahdağın zirvəsinə... Alınmadı...

- Ümüd ,son sözün varmı?

- Var... Anama demək istəyərdim ki, mən daha böyük zirvəyə qalxmışam. Ağlamasın, mənimlə fəxr etsin. Ümidini heç zaman itirməsin.

Anama demək istəyərdim ki, mən daha böyük zirvəyə qalxmışam...Şəhidlərin xatirəsinə həsr olunmuş Anama demək istəyərdim ki, mən daha böyük zirvəyə qalxmışam...Şəhidlərin xatirəsinə həsr olunmuş


Etiketlər:  Anama demək istəyərdim mən daha böyük zirvəyə qalxmışamŞəhidlərin xatirəsinə həsr olunmuş Olmayan Müsahibə FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ