Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Dekabr 2020 12:56
İtaliyanın "Milan" klubu səfərdəki məğlubiyyətsizlik seriyasını 18-ə çatdırıb.
Sonxeber.net apasport.az-a istinadla bildirir ki, Milanın eyniadlı təmsilçisi Avropa Liqasının qrup mərhələsinin VI turunda Çexiya "Sparta"sı üzərində 1:0 hesablı qələbə ilə son 27 ildə özünün yeni rekorduna imza atıb.
Stefano Piolinin başçılıq etdiyi komanda 1993-cü ildən sonra heç vaxt belə uğurlu seriyaya nail olmayıb. Həmin vaxt "Milan" ardıcıl 20 səfər oyununda uduzmayıb.
Qeyd edək ki, "rossonyeri" 2020-ci ildə daha iki səfər matçına çıxacaq. A seriyasının "Cenoa" və "Sassuolo" ilə görüşlərində uduzmasa, milanlılar 1993-cü ilin rekordunu da təkrarlayacaq.