Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Sabah”ın 4 futbolçusu koronavirusdan sağaldı

“Sabah”ın 4 futbolçusu koronavirusdan sağaldı

Tarix: 11 Dekabr 2020 13:06

Azərbaycan Premyer Liqasının XII turunun hazırlıqlarını davam etdirən "Sabah" klubunda koronavirusun son testinin nəticələri müəyyənləşib.

Paytaxt təmsilçisinin mətbuat xidmətinin rəhbəri Elnur Həmidovun apasport.az saytına açıqlamasında daha 4 futbolçunun sağaldığını bildirib.

Yarımmüdafiəçilər Yevgeni Koçuk, Coşqun Diniyev və hücumçular Kevin Kubemba ilə Xulio Sezar Rodrigesin testi neqativ çıxıb. Hazırda komandada 4 aktiv xəstə var ki, bunlar müdafiəçilər Məhəmməd Mirzəbəyov, Nikola Vuyadinoviç, Slavik Alxasov və yarımmüdafiəçi Ozan Can Kökçüdür. Onlar da təkrar test veriblər. Çıxacaq cavaba əsasən bu oyunçuların da vəziyyətlərinə aydınlıq gələcək.

Qeyd edək ki, "Sabah" XII tur çərçivəsində dekabrın 20-də "Neftçi"ni qəbul edəcək.


Etiketlər:  Sabahın futbolçusu koronavirusdan sağaldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ