Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Neymar Çempionlar Liqasında ən yaxşı seçildi

Neymar Çempionlar Liqasında ən yaxşı seçildi

Tarix: 11 Dekabr 2020 19:26

Çempionlar Liqasında həftənin oyunçusu bəlli olub.

Sonxeber.net apasport.az-a istinadla bildirir ki, qrup mərhələsinin VI turunun ən yaxşısı Neymar seçilib.

Fransanın PSJ klubunun futbolçusu azarkeşlər arasında səsvermədə qalib olub. Neymar VI turun "Başakşəhər"lə (Türkiyə) qarşılaşmasında het-trikə imza ataraq, 5:1 hesablı qələbənin memarı olub.

Qeyd edək ki, səsvermədə digər namizədlər Yussef en-Nesiri ("Sevilya"), Kərim Benzema ("Real") və Anatoli Trubin ("Şaxtyor" Donetsk) olub.


Etiketlər:  Neymar Çempionlar Liqasında yaxşı seçildi


RƏYLƏR