Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənilər Azərbaycan bayrağını tanklarına taxırdılar ki... - ŞOK FAKTLAR

Ermənilər Azərbaycan bayrağını tanklarına taxırdılar ki... - ŞOK FAKTLAR

Tarix: 11 Dekabr 2020 21:56

Bir neçə il öncə 630 balla universitetə daxil olmuş, müharibə başlayanda cəbhəyə könüllü yollanmış qazimiz Pərviz Əliyev Vətən müharibəsindəki xatirələrini bölüşüb.

Milli.Az azxeber.com-a istinadən xəbər verir ki, o, döyüşlər zamanı ermənilərin tanklara Azərbaycan bayrağı vuraraq onları aldatdığını söyləyib:

"Biz elə bildik ki, onlar bizimkilərdir və ona görə onları vurmadıq. Azərbaycan dilində bizi çağırırdılar ki, "gəlin bura". Daha sonra tanklar və BMP-lər bizə atəş açdı. Sonra biz onların 2 tankını vurduq, geri çəkildilər".

Qeyd edək ki, P.Əliyev başından vurulub. Ağır əməliyyatdan sonra onun həyatını xilas etmək mümkün olub.

Milli.Az


Etiketlər:  Ermənilər Azərbaycan bayrağını tanklarına taxırdılar ŞOK FAKTLAR


RƏYLƏR