Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

DTX əməkdaşları Ümummilli Liderin əziz xatirəsini yad edib - FOTO

DTX əməkdaşları Ümummilli Liderin əziz xatirəsini yad edib - FOTO

Tarix: 12 Dekabr 2020 13:22

DTX əməkdaşları Ümummilli Liderin əziz xatirəsini yad edib.

Milli.Az DTX-nin saytına istinadən xəbər verir ki, müstəqil Azərbaycanın memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin vəfatının 17-ci ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev və DTX-nin kollegiya üzvləri Fəxri xiyabana gələrək, Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, bu mühüm dövlət təsisatında milliləşmə prosesinin banisi Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmiş, məzarı önünə əklil qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılmış, məzarı üzərinə gül dəstəsi düzülüb.

Milli.Az


Etiketlər:  DTX əməkdaşları Ümummilli Liderin əziz xatirəsini yad edib FOTO


RƏYLƏR