Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Dekabr 2020 13:48
Prezident Donald Tramp ABŞ Ali Məhkəməsinin prezident seçkilərinin nəticələrinə bəzi ştatlarda yenidən baxılması ilə bağlı iddianı ləğv etməsindən məyus olduğunu bildirib.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti "Twitter" hesabında qeyd edib.
"Ali Məhkəmə bizi, həqiqətən, məyus etdi. Bu nə müdriklikdir, nə də cəsarət", - Tramp bildirib.
Qeyd edək ki, ABŞ Ali Məhkəməsi Texas Baş prokuroru Ken Pakstonun 4 ştata qarşı qaldırdığı iddianı rədd edib.
İddiaçı Corciya, Miçiqan, Pensilvaniya və Viskonsin ştatlarında bülletenlərin hesablanmasının qaydalara uyğun olmadığını iddi edib.