Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Dekabr 2020 19:16
Bakı. Trend:
Çeçenistan Respublikasında 3,8 bal gücündə zəlzələ baş verib.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Urus-Martan rayonunda yerləşib. Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.
Bildirilir ki, saat 16:36-da qeydə alınan zəlzələ son sutka ərzində Çeçenistan Respublikasında baş verən 5-ci zəlzələdir. Daha əvvəl saat 00:30-da 5,6 bal gücündə, saat 12:15-də 3,7 bal gücündə, saat 14:40-da 4,1 bal gücündə, saat 15:08-də 3,1 bal gücündə zəlzələlər baş verib.