Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Dekabr 2020 06:04
Bakı. Trend:
Sloveniya hökuməti ölkədə tətbiq olunan karantin tədbirlərini 15-23 dekabr tarixlərində əhəmiyyətli dərəcədə yumşaldılmaq qərarına gəldi.
Trend-in məlumatına görə, bu barədə ölkənin Baş naziri Yanrza Yanşı öz "Twitter" səhifəsində yazıb.
Onun sözlərinə görə, bu müddət ərzində ictimai nəqliyyat, gözəllik salonları, çiçək dükanları, avtomobil yuma və kimyəvi təmizləmə məntəqələri "məhdud bir ölçüdə" ölkə daxilində fəaliyyətini bərpa edəcəklər. Bundan əlavə, ən yaxşı epidemioloji vəziyyətə malik olan 12 statistik bölgədən 4-ün sakinlərinə COVID-19 daşıyıcılarına nəzarət etmək üçün quraşdırılmış tətbiq ilə yaşayış bələdiyyəsi hüdudlarından kənarda səyahət etməyə icazə veriləcəkdir.