Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Dekabr 2020 06:44
Bakı. Trend:
Sakit Okeanda Fici arxipelaqından cənubda 5,6 bal gücündə zəlzələ qeydə alınıb.
Trend-in məlumatına görə, bu barədə ABŞ-ın Geoloji xidməti bildirib.
Məlumata əsasən, zəlzələnin episentri ölkənin paytaxtı Suva şəhərindən 659 km cənub-qərbdə yerləşib. Təkanları ocağı 530 km dərinlikdə olub.
Mümkün dağıntılar və sunami təhlükəsi barədə məlumat verilməyib.