Tarix: 14 Dekabr 2020 15:27
“SpaceX” və “Tesla” şirkətlərinin rəhbəri Elon Mask ilk dəfə “Forbes Real-Time” milyarderlərinin reytinqində ikinci yerə yüksəlib, bu halda o, hələ noyabrdan “Bloomberg Billionaires Index” (BBI) agentliyinin reytinqində ikinci yeri tutur.
“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, “Forbes”in məlumatına görə, Maskın varidatı 1,6 milyard dollar artaraq 144,7 milyard dollar, “BBI”nin məlumatına görə, 1,84 milyard dollar artaraq 157 milyard dollar təşkil edib.
“Tesla” şirkətinin səhmlərinin təxminən 21%-i Elon Maska məxsusdur, ilin əvvəlindən səhmlərin dəyəri 7 dəfədən çox artıb.
“Forbes Real-Time” və “BBI” reytinqlərində ilk beşlik, demək olar ki, fərqlənmir. Birinci və ikinci yerləri indi müvafiq olaraq “Amazon”un qurucusu Ceff Bezos və Elon Mask tuturlar, beşinci yerdə “Facebook”un qurucusu Mark Zukerberq qərarlaşıb.
Emil Hüseynov