Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyədə koronavirusla bağlı növbəti 56 saatlıq ''Evdə qal!'' rejimi başa çatıb

Türkiyədə koronavirusla bağlı növbəti 56 saatlıq ''Evdə qal!'' rejimi başa çatıb

Tarix: 14 Dekabr 2020 16:50

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı sərtləşdirilmiş məhdudiyyət qaydalarına uyğun olaraq dekabrın 11-də yerli vaxtla saat 21.00-da tətbiq olunan ikinci 56 saatlıq "Evdə qal!" rejimi bu gün saat 5.00-da başa çatıb.

Ümumilikdə ölkə əhalisi bu rejimə məsuliyyətlə əməl edib. Rejim müddətində dərin səssizlik müşahidə olunub. Qaydanı pozanlara qarşı cərimələr tətbiq olunub.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, həftənin cümə günləri saat 21.00-da başlanan 56 saatlıq "Evdə qal!" rejimi yeni qaydalar tətbiq olunana qədər qüvvədə qalacaq. Həftənin ilk beş günündə isə bu rejim saat 21.00-dan 5.00-dək davam edir.

Bundan başqa, xüsusi icazəsi olmadığı halda 65 yaşdan yuxarı və 20 və bundan aşağı yaş həddində olan şəxslər ictimai nəqliyyatdan istifadə edə bilməzlər. Bu yaş həddində olanlara şənbə və bazar günü istisna olmaqla digər günlər yalnız saat 13.00-dan 16-dək evdən çıxmağa icazə verilir. Restoran və kafelər fəaliyyətlərini "paket serviz" səviyyəsində məhdud saatlarda davam etdirilər.

Maska taxmaq, təmizlik qaydalarına əməl etmək və sosial məsafə saxlamaq ən ciddi çağırışdır.

Qeyd edək ki, koronavirusa gündəlik yoluxma və ölüm halı infeksiya yaranandan bəri ən yüksək həddə müşahidə olunur.


Etiketlər:  Türkiyədə koronavirusla bağlı növbəti saatlıq Evdə rejimi başa çatıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ