Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çində sürücüsüz avtomobil istehsalı başladı

Çində sürücüsüz avtomobil istehsalı başladı

Tarix: 14 Dekabr 2020 19:00

Çinin şərqindəki Şandun əyalətində yerləşən avtomobil istehsalı bazası rəsmi olaraq kommersiya məqsədli istifadə üçün nəzərdə tutulan, 5G texnologiyalarından istifadə edilməklə alternativ enerji mənbələri ilə işləyən sürücüsüz avtomobillərin buraxılışına başlayıb.

Sonxeber.net unikal.org-a istinadən istinadən xəbər verir ki, ekoloji cəhətdən təmiz enerji mənbəyinə malik ilk "ağıllı" avtomobil dekabrın 12-də Şandun əyalətinin inzibati mərkəzi olan Tszinan şəhərinin Layu rayonundakı istehsal xəttində konveyerdən çıxıb.

Avtomobil logistika xidmətində istifadə olunacaq.

"Allcheer Intelligent Automobile" şirkətinin maliyyəsi ilə "China Construction Electric Power Construction Co., Ltd" tərəfindən inşa edilən ilk istehsal xətti ildə 100 min "ağıllı" avtomobil istehsal edəcək.


Etiketlər:  Çində sürücüsüz avtomobil istehsalı başladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ