Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Dekabr 2020 09:56
Bakı. Trend:
Azərbaycan və Türkiyə İğdır-Naxçıvan qaz kəməri ilə bağlı anlaşma memorandumu imzalayacaqlar.
Azərbaycanla Türkiyə arasında yeni memorandum imzalanacaq.
Trend-in Türkiyə mətbuatına istinadən məlumatına görə, sənədin dekabrın 16-da iki ölkənin enerji nazirlikləri arasında imzalanacağı gözlənilir.
Məlumatı Trend-ə Energetika Nazirliyi də təsdiqləyib və sənədin təfərrüatlarının imzalandıqdan sonra açıqlanacağını bildirib.
Qeyd edək ki, energetika naziri Pərviz Şahbazov bir qədər əvvəl Trend-ə bildirmişdi ki, Naxçıvan Muxtar Respublikasına etibarlı qaz tədarükü gündəmdəki məsələlərdən biridir: “Bu baxımdan Azərbaycandan Türkiyəyə tədarük olunan təbii qazın bir qisminin İqdır-Naxçıvan qaz kəməri ilə Naxçıvana nəqli planlaşdırılır. "
Nazirin sözlərinə görə, bu layihə Naxçıvan Muxtar Respublikasının qaza olan ehtiyacını ödəməyə imkan verəcək və enerji təhlükəsizliyini gücləndirəcək.