Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Dekabr 2020 10:56
Əfsanəvi çexiyalı qapıçı Petr Çex karyerasını bərpa edib.
Sonxeber.net apasport.az-a istinadla bildirir ki, bir müddət əvvəl İngiltərənin "Çelsi" klubunda idarəçi vəzifəsinə təyin edilən 38 yaşlı qolkiper London təmsilçisinin U-23 komandasının heyətində meydana çıxıb.
O, Premyer Liqa-2-nin X turunda "Tottenhem"lə qarşılaşmada çərçivədə dayanıb. Çexin 2 qol buraxdığı qarşılaşmada "Çelsi" 3:2 hesablı qələbə qazanıb.
Qeyd edək ki, "Çelsi"nin U-23 komandası aktivindəki 19 xalla turnir cədvəlində başçılıq edir.