Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vətən müharibəsindən evlərinə dönən qazi qardaşlar coşqu ilə qarşılandılar - VİDEO

Vətən müharibəsindən evlərinə dönən qazi qardaşlar coşqu ilə qarşılandılar - VİDEO

Tarix: 15 Dekabr 2020 12:42

Vətən müharibəsində döyüşçülərimizin qəhrəmanlıqları haqqında hələ uzun illər danışılacaq. Bu hiss, bu duyğular yaralı igid əsgərlərimizin də yarasına məlhəmdir.

Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, Vətən müharibəsində iştirak edən Qusardan olan iki qardaş da öz evlərinə geri dönüblər.

Suvaçal kəndində onları ailə üzvləri və həmkəndliləri sevinclə qarşılayıblar.

Qardaşlardan biri, kapitan Emin Pirsaatov Murovdağ, Kəlbəcər istiqamətindəki döyüşlərdə iştirak edib. Kəlbəcər uğrunda döyüşlərdə 10 qəlpə yarası alıb, 3 qəlpə hələ də bədənindədir.

Onun qardaşı, müddətdən artıq hərbi qulluqçu olan kiçik çavuş rütbəli qazi Şamo Pirsaatov isə 44 günlük müharibənin 42 -ci günündə yaralanıb. O, Füzuli, Cəbrayıl, Hadrut, Qırmızı bazar və Şuşa istiqamətində döyüşlərdə igidliklə fərqlənib. Şuşa uğrundakı döyüşlərdə top mərmisi yanına düşüb və yaralanıb.

Həm valideynləri, həm də ailə üzvləri bu igidlərlə fəxr edir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Etiketlər:  Vətən müharibəsindən evlərinə dönən qazi qardaşlar coşqu ilə qarşılandılar VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ