Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Türkiyə müstəqil siyasət yürüdən, öz maraqlarını qoruyan dövlətdir''

''Türkiyə müstəqil siyasət yürüdən, öz maraqlarını qoruyan dövlətdir''

Tarix: 15 Dekabr 2020 16:00

ABŞ-ın Türkiyəyə qarşı sanksiyaları ikili standartlardan başqa bir şey deyil.

Bunu Sonxeber.net-a açıqlamasında politoloq Tofiq Abbasov deyib.

Politoloq bildirib ki, Ermənistanla Azərbaycanın münasibətlərində Türkiyənin sağlam mövqe tutmasını Qərb dairələri haradasa özləri üçün təhdid, problem görürlər:

"Türkiyə son illər ərzində özünün həm hərbi texniki potensialını artırır, həm hərbi sənayesini gücləndirir. Belə bir yanaşma, əlbəttə ki, Qərb dövlətlərinin, o cümlədən ABŞ-ın və NATO-nun ürəyincə deyil. Çünki onlar NATO sıralarında olan dövlətlərin, xüsusilə də müsəlman ölkə olan Türkiyənin asılı vəziyyətdə olmasının tərəfdarıdırlar. Biz dəfələrlə görmüşük ki, beynəlxalq məsələlərin çözümündə həmişə NATO, ABŞ və NATO-ya daxil olan Qərb dövlətləri anti-türk, anti-müsəlman mövqeyindən çıxış edirlər. Bunun bir izahı var, onlar vaxtilə Sovet İttifaqı mövcud olduğu dövrdə Türkiyədən istifadə etdilər, Türkiyənin potensialını öz imkanlarına əlavə etdilər, amma indi artıq kommunizm təhlükəsi, soyuq müharibə təhdidləri, hələ ki, yoxdur. Artıq Türkiyə onlara yad tərəf, yad ölkə təsiri bağışlayır.

İndi Yunanıstanla qarşıdurmada, Fransa ilə qarşıdurmada, Ermənistanla Azərbaycanın münasibətlərində Türkiyənin sağlam mövqe tutmasını Qərb dairələri haradasa özləri üçün təhdid, problem görürlər. Və bu, elə ikili standartlardan irəli gələn bir yanaşmadır ki, Qərb, ümumiyyətlə, müsəlman birliyinin, müsəlman dövlətlərinin lider ölkələrinin inkişafını, tərəqqisini başağrısı, qıcıqla qarşılayırlar və çalışırlar onları həmişə özlərindən asılı vəziyyətdə saxlasınlar.

S-400 məsələsində Türkiyənin başqa çıxış yolu yox idi. Çünki onlar əvvəlcə "Patriot" raketlərini Amerikadan istədilər, Amerika ağız-burun əydi, anlaşılmaz bir mövqe göstərdi. Türkiyə müstəqil siyasət yürüdən, öz maraqlarını qoruyan dövlətdir. Ona görə də belə qərara gəldi ki, Rusiyadan S-400 zenit-raket komplekslərini (ZRK) alsın. Məlum olduğu kimi, S-400 "Patriot"lardan keyfiyyət və etibarlılıq baxımından üstündür.

ABŞ silah-sursat bazarında Rusiya ilə amansız qarşıdurmadadır. Bu məqamda Türkiyə artıq bu silaha üstünlük verməklə Rusiyaya həm də xeyr vermiş oldu. Ona görə də burada bir neçə motivlər var. Onların hamısının kəsişmə nöqtəsində biz Qərbin, ABŞ-ın və onun yaxın müttəfiqlərinin anlaşılmaz, qeyri-sağlam yanaşmasının şahidi oluruq".

Təhməz Əsədov


Etiketlər:  Türkiyə müstəqil siyasət yürüdən maraqlarını qoruyan dövlətdir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ